Bakının məhşur restoranında qarət
5 Aprel 2013 15:18 KriminalBakıda məhşur restoranda oğurluğa cəhd olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, DİN Çevik Polis Alayı və Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də "Qurd Qapısı" restoranından dəmir barmaqlıqları sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini Qalib Həsənov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31