Tovuzda 14 yaşlı uşaq dəmir yolunda nəzarətsizliyin qurbanı oldu

Tovuzda dəmir yolu stansiyasının nəzarətsizliyi 14 yaşlı uşağın həyatına son qoydu. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 6-da Tovuz rayonunda - Qovlar Dəmir Yolu Stansiyası ərazisində, İbrahim Hacılı kənd sakini 14 yaşlı Eyyub Abbasov qatarın damına çıxıb və elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31