26 yaşlı oğlan Bakıya bomba həyəcanı yaşatdı

Bakıda 26 yaşlı gənc daha bir bomba həyəcanı yaşatdı. "OLAYLAR"ın Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 6-da saat 03.30 radələrində baş verib. Gecə saatlarında naməlum şəxs "102 Zəng Mərkəzi"nə zəng edərək Xətai prospektindəki bazara bomba qoyulması barədə məlumat verib. Nərimanov rayonu 18-ci PB əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmayıb və yalan məlumatı verən Bakı şəhər sakini 26 yaşlı Ruslan Əsədov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31