Təzə Avtovağzalda piyadanı vurub qaçdılar
7 İyun 2012 15:24 Kriminalİyunun 6-da saat 09.00 radələrində Binəqədi rayonunun Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində ölüm hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avtovağzal ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Raqif Abayev vurulub. Nəticədə, xəsarət almış piyada xəstəxanaya yerləşdirilib. Hələlik piyadanı vuran avtomobil müəyyən edilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31