Dubayda azərbaycanlılarla taciklər dalaşdı: Ölən və yaralananlar var

Dubayda Azərbaycan və Tacikistandan olan fəhlələr arasında kütləvi dava olub. Lent.az-ın "7 days in Dubai"yə istinadən verdiyi məlumata görə, dava nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.  Kütləvi toqquşmada 200-dək insan iştirak edib. Bir Tacikistan vətəndaşı bıçaq yaralarından ölüb. Qətldə 34 yaşlı Azərbaycan vətəndaşı ittiham olunsa da, onun özü günahını rədd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31