Novruz bayramında 6,2 ton narkotik müsadirə olunub
İranda ötən ilin bayram vaxtı ilə müqayədə bu il müsadirə olunan narkotik vasitələrin həcmi 31% artıb
4 Aprel 2013 15:00 Kriminalİranda Novruz bayramı ərəfəsində 6,2 ton narkotik vasitə müsadirə olunub. ANS PRESS-in "İRNA"ya istinadən verdiyi məlumata görə, bu haqda sərhədyanı qoşunlara rəhbərlik edən Hüseyn Zülfuqari açıqlama verib. Onun sözlərinə görə, keçən gecə ölkənin şərq hissəsində operativ tədbirlər nəticəsində 2,3 ton narkotik, o cümlədən həşiş və opium əldə edilib.
Hüseyn Zülfuqari bildirib ki, ötən ilin bayram vaxtı ilə müqayədə bu il müsadirə olunan narkotik vasitələrin həcmi 31% artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31