Mingəçevir-Yevlax yolunda dəhşətli qəza

2 nəfər öldü, 4 nəfər plümcül yaralandı

Fövqəladə Hallar Nazirliyi Yevlaxda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Yevlax rayonunda Yevlax-Mingəçevir yolunun 19-cu kilometrliyində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili yolun kənarında dayanmış "QAZ" markalı  yük avtomobilinə çırpılıb. Nəticədə, minik avtomobilinin sürücüsü və 3 sərnişini xəsarət alıb, 2 sərnişini (şəxsiyyətləri məlum deyil) hadisə yerində ölüb. Xəsarət alanlar Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıblar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri nəqliyyat vasitəsindən çıxarılıb aidiyyəti üzrə təhvil verib, habelə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Araşdırmalar zamanı məlum olub ki ölən şəxslər vəkillər Natiq Mustafayev və Famiz Məmmədovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31