Gəncədə silah-sursat sursat tapılıb
4 Aprel 2013 14:14 KriminalGəncə şəhəri ərazisindən hərbi sursat tapılıb. Trend Daxili İşlər Nazirliyinin rəsmi mlumatına istinadən xəbər verir ki, Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsi əməkdaşları şəhər ərazisində 1 ədəd "AK-74" markalı silahı, 8 ədəd qumbaranı, 20 ədəd dinamiti, 12 ədəd fişəngi, 641 ədəd müxtəlif çaplı patronu və 16 ədəd güllə darağı tapıblar.
Tapılmış silah-sursat Gəncə Şəhər Baş Polis İdarəsinə təhvil verilib. Hazırda faktla bağlı idarədə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31