Kürdə 3 nəfər batdı
Bir nəfərin meyidi tapılsa da, ikisindən xəbər yoxdu
7 İyun 2012 14:24 Kriminalİyunun 6-da Kür çayında 3 nəfər birdən batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Kür çayının Sabirabad rayonu, Muğan Gəncəli kəndindən və Ağstafa rayonu, Qıraq Kəsəmən kəndindən keçən hissələrində hər birində 1 nəfər olmaqla 2 nəfər - 1993-cü il təvəllüdlü Ramin Dilavər oğlu Cabrayılov və 1952-ci il təvəllüdlü Eldar Nəcəfov, habelə Samux rayonu, Yenikənd kəndində 1 nəfər - 1991-ci il təvəllüdlü Şahmar Nəriman oğlu Yusifov kanalda çimərkən batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıb. Ş.Yusifovun cəsədi yerli sakinlər tərəfindən tapılaraq sudan çıxarılsa da, R.Cabrayılov və E.Nəcəfovun axtarışları hələ də heç bir nəticə vermir. İtkin düşmüş şəxslərin tapılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.