Yardımlıda ev, Abşeronda eyvan yanıb
3 Aprel 2013 17:58 KriminalYardımlı rayonu, Nisəqala kəndində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 45 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Həmçinin Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 67 kv.m olan üçotaqlı mənzilin eyvanında lambirdən ibarət tavan 12 kv.m sahədə və rəf qismən yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31