Göyçayda ata və oğlu evində yandı

Göyçayda ata və oğlu evində yanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, hadisə  aprelin 2-də saat 14.00 radələrində baş verib. Rayon sakini Vidadi Məmmədova məxsus 2 mərtəbəli 3 otaqlı evdə yanğın baş verib. Nəticədə 140 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, V.Məmmədov və onun oğlu Orxan isə yüngül yanıq xəsarətləri alıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31