Masallı sakini özünü güllələyib öldürdü
3 Aprel 2013 17:19 Kriminal. Masallı sakini özünə məxsus ov tüfəngilə özünü öldürüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 2-də Masallı rayonunun Şərəfə kəndində baş verib. Kənd sakini Röyal Həsənov ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirib. O aldığı xəsarətdən xəstəxanada ölüb. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb. İlkin yoxlama rayon prokurorluğu tərəfindən aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31