Azərbaycanda saxtakar fermerə qarşı cinayət işi açıldı
Teyyub Əliyevin "Zaminbank"ın Bərdə filialından kredit almaq üçün saxta arayışlar verib
3 Aprel 2013 16:51 KriminalAzərbaycanda bankdan kredit almaq üçün saxta arayışların verilməsi üzrə cinayət işi açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2011-ci ildə "Şəhriyar Fermer Təsərrüfatı" MMC-nin rəhbəri - Tərtər rayon sakini Teyyub Əliyevin "Zaminbank" Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialından kredit almaq üçün Tərlan Əliyevin, Hakim Əliyevin, Türkan Rəşidlinin, Ayşən Əliyevanın, Bəsti Əliyevanın və Vüsalə Vəliyevanın adına saxta arayışlar verməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31