Saxtakar şirkət rəhbəri barədə cinayət işi başlandı
3 Aprel 2013 16:36 KriminalBərdədə saxtakarlıq edən şirkət rəhbəri ifşa olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2011-ci ildə "Şəhriyar Fermer Təsərrüfatı" MMC-nin rəhbəri - Tərtər rayon sakini Teyyub Əliyev "Zaminbank" Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialından kredit almaq üçün Tərlan Əliyevin, Hakim Əliyevin, Türkan Rəşidlinin, Ayşən Əliyevanın, Bəsti Əliyevanın və Vüsalə Vəliyevanın adına saxta arayışlar verməsi müəyyən edilibr. Faktla əlaqədar cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31