Ukraynada Azərbaycan diasporunun rəhbərini qətlə yetirməkdə şübhəli bilinən dəstə saxlanılıb

Ukrayna milisinin əməkdaşları Donetsk Vilayəti Azərbaycanlılar Konqresinin sədri İqbal Mahmudovu qətlə yetirməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə Baş İdarəsinin rəhbəri Viktor Dubovik deyib.  "Təsdiq olunur ki, qətl sifariş əsasında həyata keçirilib. Hazırda cinayətin mötivləri araşdırılır", - Dubovik əlavə edib. Onun sözlərinə görə, saxlanılanlar arasında Azəbaycan, Ukrayna və digər ölkələrin vətəndaşları var. Donetsk Vilayəti Azərbaycanlılar Konqresinin sədri İqbal Mahmudov mayın 9-da Makiyevka şəhərində Böyük Vətən müharibəsi veteranları ilə açıq havada görüş keçirərkən qətlə yetirilib. Konqresdən daha öncə Trend-ə verilən məlumata görə, iki naməlum motoskiletçi Mahmudova atəş açaraq hadisə yerindən uzaqlaşıb. Mahmudova dəyən 3 güllədən biri onun ciyərini parçalayıb.

Qətlin motivi haqqında hələlik məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31