İranda qatar qəzaya uğradı

Mazut daşıyan yük qatarının 38 vaqonundan 12-si aşıb

İranda qatar qəzası baş verib. ANS PRESS-in məlumatına görə, Tehrandan Təbrizə hərəkət edən yük qatarı Qüds rayonunun Reznan məntəqəsində relsdən çıxıb. Nəticədə qatar aşıb. Mazut daşıyan yük qatarının 38 vaqonundan 12-nin aşdığı bildirilir. Qəza nəticəsində itkinin olub-olmadığı barədə məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31