Dələduz qadın yaxalandı
3 Aprel 2013 12:45 KriminalBakı Şəhər BPİ Mətbuat Xidməti paytaxtda baş verən kriminal hadisələrlə bağlı xəbər yayıb. "Qafqazinfo" həmin xəbərləri təqdim edir: Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Təranə Hüseynova aprelin 2-də yaxalanıb.
Aprelin 2-si saat 12:30 radələrində Bakı-Mərdəkan yolunda Laiq Əsədullayev idarə etdiyi "Tayota-Prado" markalı avtomobillə Yusif Rəhimovu vurub, nəticədə piyadaçı xəstəxanaya aparılarkən ölüb. Yanvarın 10-da naməlum maskalı şəxslər Şüvəlan qəsəbəsi Nizami küçəsində yaşayan Akif Həmzəyeivn evinə daxil olub bıçaqla xəsarət yetiriblər. Sonra həyətdə olan "VAZ-2121" markalı avtomobilin hər iki dövlət nömrə nişanını açıb ataraq avtomobili aparıblar. A.Həmzəyev 3 saylı xəstəxanaya yerləşdirilib. Xəzər RPİ CAŞ, 1-ci PB və DİN BDYPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Kamran Cəbiyev və Səbuhi Tağıyev Səlyan rayonu ərazisində idarə etdikləri "BMW-X5" markalı avtomobillə saxlanılıblar, avtomobildən isə 5 qramdan artıq marixuana aşkar edilib. Cinayətin digər iştirakçısının tapılması istiqamətində əməliyyat tədbirləri davam edir.
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Natiq İsmayılov aprelin 2-də yaxalanıb.
Martın 27-nə keçən gecə Ə.Rəcəbli küçəsində Sumqayıt şəhər sakini Yaşar Səmədova məxsus "VAZ-21099" markalı avtomobildən açarseçmə yolu ilə səsgücləndiricilər, ətir və pult oğurlanıb. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Saatlı rayon sakini Alim Əhmədov aprelin 2-də yaxalanıb.
Martın 31-də Əmircan qəsəbəsi Z.Tağıyev küçəsində yaşayan Vitaliy Aydarov döş qəfəsindən aldığı bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya daxil olub. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Əliyev aprelin 2-də yaxalanıb.