Gədəbəydə qızıl zavodunun yük avtomobili aşıb, ölən var

Hələlik ölən şəxsin kimliyi barədə məlumat verilmir

Gədəbəydə bir nəfər yol qəzasının qurbanı olub. ANS PRESS Kəpəz TV-yə istinadən xəbər verir ki, Gədəbəy rayonunda fəaliyyət göstərən qızıl zavodunda ağır tonnajlı yük avtomobili aşıb. Nəticədə zavodun bir nəfər əməkdaşı ölüb. Hələlik ölən şəxsin kimliyi barədə məlumat verilmir.
Hazırda Gədəbəy Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31