Azərbaycanda dəhşət: uşaq sünnət olunarkən öldü

Bu gün Abşeron rayonunda faciəvi hadisə baş verib. Lent.az-ın məlumatına görə, rayonun Kürdəxanı kənd sakini, 2 ay əvvəl dünyaya gəlmiş Qurbanlı Hüseyn sünnət edilərkən ölüb. Körpə Bakı şəhərinin Xəzər rayonu ərazisində, Buzovnadakı 14 saylı təcili tibbi yardım stansiyasında keçinib.Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və digər aidiyyatı təşkilatların nümayəndələri cəmləşib.Hadisənin təfərrüatları hələlik məlum deyil.Lent.az-a verilən digər məlumata görə, 2 aylıq oğlan qanaxma nəticəsində dünyasını dəyişib. Həkimlərin səyinə baxmayaraq çoxlu qan itirən körpənin həyatını xilas etmək mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31