“Bakıelektrikşəbəkə”-nin işçisini tok vurdu

Bu gün Bakı şəhərinin Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi qəsəbəsi, 3-cü mədən, 6-cı sahədə "Bakıelektrikşəbəkə"-nin əməkdaşları elektrik xətti çəkərkən işçilərdən birini cərəyan vurub.
Məlumata görə, idarə əməkdaşlarından 1968-ci il təvəllüdlü Şiriyev Natiq Vəlhəd oğlu elektrik dirəyinə çıxıb. Bu zaman onu cərəyan vurub və 44 yaşlı kişi dirəkdən yıxılıb. O, hadisə yerində keçinib.
Fakt üzrə araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31