Keçmiş DİN başçısına 27,5 milyonluq korrupsiya ittihamı

Misirin korrupsiyaya qarşı mübarizə komitəsi keçmiş daxili işlər naziri Həbib əl-Ədl barəsində cinayət işinin açılması haqda sənədləri məhkəməyə göndərib.Lent.az-ın "RİA Novosti"-yə istinadən məlumatına görə, o, qanunsuz sövdələşmələrdə 27,5 milyon dollarlıq dövlət əmlakını mənimsəməkdə ittiham olunur.Misir hakimiyyəti bildirib ki, keçmiş nazirin mənimsədiyi bu məbləğ bank aktivi və daşınmaz əmlak şəklindədir.  O, Qahirədə , "yaşıl zonada" qanunsuz olaraq,  bir neçə mənzilə, eləcə də Aralıq dənizi sahillərində villalara yiyələnib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31