Həmkəndlisini bıçaqlayan Masallı sakini 8 il cəza aldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Masallı rayon sakini Şaiq Məmmədovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədəın məlumat verilib. Hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə Ş.Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin iyun ayının 12-də Masallı rayonu Türkoba kənd sakini Mais İbrahimov çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Həkimlərin səyi nəticəsində həyatı xilas edilən Mais onu həmkəndçisi Şaiqin bıçaqladığını bildirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində M.İbrahimova xəsarət yetirən əvvəllər məhkum olunmuş Ş.Məmmədov tutulub. Qeyd edək ki, Ş.Məmmədovun bıçağa əl atmasına səbəb mübahisə zamanı Maisin söyüş söyməsi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31