Bakıda Nəqliyyat Nazirliyinin emalatxanası partladı, ölən var
1 Aprel 2013 17:41 KriminalBakıda emalatxanada partlayış baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə martın 31-də saat 04.00 radələrində baş verib. Suraxanı rayonu Hovsan qəsəbəsi Quşçuluq sovxozunun ərazisindəki "Azəryolservis" ASC-yə məxsus "Səma" firması tərəfindən icarəyə götürülmüş oksigen doldurma emalatxanasında qaz sızmasından partlayış baş verib. Nəticədə nəzarətçi otağının pəncərə şüşələri sınıb, oranın nəzarətçisi Hüseyn Hüseynovun yanına sovqat gətirmiş oğlu Rauf hadisə yerində ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31