Tərtərdə ekskumasiya olunan qadın qardaşı tərəfindən qətlə yetirilibmiş
1 Aprel 2013 17:32 KriminalMartın 27-də intihar adı ilə dəfn edilmiş, sonradan ekskumasiya olunan rayonun Qapanlı kənd sakini Şəbnəm Dünyamalıyevanın qardaşı tərəfindən öldürüldüyü müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də Şəbnəm Dünyamalıyevanın, qardaşı Vasif tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilib.
Xatırladaq ki, Tərtər rayonun Qapanlı kənd sakini Şəbnəm Dünyamalıyevanın Bakı şəhərində dərman içərək vəfat etməsi və sonra Qapanlı kəndində dəfn olunması barədə polisə məlumat daxil olub. Bundan sonra mərhumun cəsədi eksqumasiya edilib, cəsədin üzərində bıçaq xəsarətləri aşkarlanıb. Araşdırma zamanı mərhumun mütəmadi olaraq atası Nemət və qardaşı Vasif tərəfindən zorakılığa məruz qalması məlum olub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.