Bakıda sərnişin avtobusu qəza törətdi, 13 sərnişin xəstəxanaya yerləşdirildi

Bakıda sərnişinlə dolu avtobus qəza törədib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 30-da saat 18.00 radələrində Sabunçu rayonu ərazisində Əmircan qəsəbə sakini Samir Ağakişiyev idarə etdiyi "İsuzu" markalı 191 saylı xətt avtobusunu aşırıb. Nəticədə S.Ağakişiyevin xəsarət alan 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31