Sumqayıtda ağır qəza, ölən və yaralananlar var
1 Aprel 2013 16:16 KriminalSumqayıtda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə martın 31-də saat 22.00 radələrində baş verib. Sumqayıt şəhəri Sülh küçəsində Elçin İmanovun idarə etdiyi "VAZ-2107" markalı və Əkbər Mahmudovun idarə etdiyi "Chevrolet" markalı avtomaşınlar toqquşub. Nəticədə E.İmanov hadisə yerində ölüb, Ə.Mahmudovun xəsarət almış sərnişinləri - Bakı şəhər sakinləri Şərqiyə Məhərrəmova və onun bacısı Solmaz isə xəstəxanaya yerləşdirilib.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31