Bu ilin ilk üç ayı ərzində 75 nəfər yol qəzasında ölüb
Yol-hərəkət qaydalarını pozduğuna görə 24427 piyada saxlanaraq inzibati məsuliyyətə cəlb edilib
1 Aprel 2013 15:04 Kriminal"Bu ilin ilkm 3 ayı ərzində 251 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 75 nəfər ölüb, 272 nəfər isə xəsarət alıb". Bunu ANS PRESS-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, paytaxtda keçirilən tədbirlər nəticəsində yanvarın 1-dən martın 30-a kimi 152810 inzibati protokol tərtib edilib və 153 minə yaxın sürücü cərimələnib.
Onlardan 770-i avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə, 1019-u qəza şəraiti yaratdığına, 546-sı yol polisinin əmrinə tabe olmadığına, 3221-i işqforun qırmızı işığında keçdiyinə görə, 11106-sı sürət həddini aşdığına, 511-i avtomobili dövlət nömrə nişanı olmadan idarə etdiyinə, 1197-i sərnişindaşıma qaydalarını pozduğuna, 10068-i ötmə-manevretmə və yolayrıclarını keçmə qaydalarının pozulmasına, 59-u avtoxuliqanlığa, 1653-ü avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə, 4569-u avtomobilin qanunla icazə verilməyən pərdə və plyonkalı idarə edilməsinə, 81236-i isə digər qayda pozuntularına görə tərtib edilib.
Bundan əlavə, yol-hərəkət qaydalarını pozduğuna görə 24427 piyada saxlanaraq inzibati məsuliyyətə cəlb edilib.