Bakıda mənzillərdən külli miqdarda pul və qızıl oğurlayan şəxs qandallandı

Paytaxt ərazisində mənzillərdən külli miqdarda pul oğurlayan şəxs ələ keçib. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, martın 24-ü saat 22radələrində Ə.Ələkbərov küçəsində yaşayan Əsgər Budaqovun mənzilindən 11 min manat, 1 min avro, 16 min manat dəyərində qızıl-zinət əşyaları, Elmira Pirverdiyevanın mənzilindən isə 16 min manat, 70 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin baş cinayət-axtarış idarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Təhlükəsiz Şəhər Xidməti, Yasamal Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 29-cu polis bölməsi əməkdaşları cinayətkarın tutulması üçün birgə əməliyyat keçiriblər. Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Eldəniz Hüseynov martın 31-də yaxalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31