Sumqayıtda iki maşın toqquşdu, biri aşdı
Yaralıları əzilmiş maşından ətrafdakılar çıxara biliblər
1 Aprel 2013 11:51 KriminalSumqayıt şəhərində ağır yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, qəza ötən gün 21:30-da şəhərin girəcəyində qeydə alınıb. "VAZ 2107" markalı avtomobil "Hyundai" markalı avtomobillə çırpılıb.Yüksək sürətlə hərəkət edən "Jiquli" qəza törədəndən sonra çevrilərək aşıb. Hadisə nəticəsində tamamilə yararsız vəziyyətə düşən avtomobillərdə olan 3 nəfər ağır bədən xəsarətləri alıblar. Ətrafdakıların köməyi ilə maşının "VAZ 2107"nin sürücüsü və digər avtomobildə olan iki zərərçəkmiş qadın xəstəxanaya çatdırılıb.Ümumilikdə isə hadisə nəticəsində 5 nəfər xəsarət alıb.Qəzanın səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31