Kəndlisini güllələyib öldürən şəxs 11 il cəza aldı

Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilərək həbs olunan 21 yaşlı Ağdaş rayon sakini Ramil Yadigarovun məhkəməsi başa çatıb.Bu barədə "OLAYLAR"a məlumatı məhkəmədən veriblər. Hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə Ramil Yadigarov qəsdən adam öldürmədə və odlu silah gəzdirmədə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, R.Yadigarov ötən ilin sentyabrın 22-də Qoşaqovaq kəndində həmkəndlisi 28 yaşlı Gündüz Məmmədovu öldürüb. Gündüzün evinə gələn R.Yadigarov odlu silahla onu vurub. G.Məmmədov hadisə yerindəcə dünyasını dəyişib. Ramil hadisəni qısqanclıq zəmnində törədib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31