Rusiya markalı spirtli içkilər aşkar edilib

Sumqayıt Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları xarici markalı spirtli içkilər aşkar ediblər. Bu barədə Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Rusiya aksizi ilə markalanmış 72 ədəd 0,75 litrlik "Kremlin", 80 ədəd 0,75 litrlik "Stolicnaya" markalı spirtli içkilər aşkar edilərək saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31