Gürcüstandan qanunsuz mobil telefon keçirilməsinin qarşısı alındı
29 Mart 2013 16:12 KriminalTovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan vətəndaşı Elviz Qurbanovun idarə etdiyi "VAZ-21074" markalı minik avtomobilinə gömrük nəzarəti keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı həmin avtomobildən "Asha 308", "Nokia X2", "Nokia 101", "Nokia 1280", "Nokia 311", "Samsung Champ"və "Samsung E2232" markalı, cəmi 32 ədəd mobil telefon və müxtəlif mobil telefonlara aid aksesuarlar - 103 ədəd akkumlyator, 50 ədəd qidalandırma cihazı və 15 ədəd karton qutu aşkar olunub .
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31