Bakıda oğru dəstəsi saxlanıldı

Dəstə üzvləri bir sıra oğurluqlarda günahlandırılırlar

Bakıda oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, dəstə üzvləri Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində ifşa olunublar. Belə ki, Bakı şəhər sakini Orxan Əsədov mayın 21-də, Balakən rayon sakini Elsevər Mirəliyev və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Qasımov isə iyunun 5-də yaxalanıblar. Məlum olub ki, onlar mayın 20-nə keçən gecə Bakı şəhər sakini Ehtiram Qurbanova məxsus "VAZ-2105" markalı avtomobili X.Məmmədov küçəsindən qaçırıblar.
Bundan başqa, mayın 21-də X.Məmmədov küçəsində Kamran Həsənəliyevin mobil telefonunu əlindən alaraq qaçmış, iyunun 4-nə keçən gecə isə eyni küçədə yerləşən, Ruflan Xəlilova məxsus dönərxanadan qapının qıfılını sındırma yolu ilə kassa aparıtı və elektrik qızdırıcısı oğurlayıblar.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31