Araz Abdullayevin qəzasından VIDEO

Dünən "Neftçi"nin futbolçusu Araz Abdullayevin törətdiyi və ölümlə nəticələnən yol qəzasından sonra qeydə alınan görüntülər yayılıb. "Qafqazinfo" ANS-ə istinadən həmin kadrları təqdim edir. Qeyd edək ki, bir nəfərin ölümü və bir nəfərin isə yaralanması ilə nəticələnən qəzaya səbəb olan futbolçu Araz Abdullayev həbs olunmayıb. "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov onu zaminə götürüb. Xatırladaq ki, Araz Abdullayev "Nissan" markalı 90-XF-350 dövlət nömrə nişanlı avtomobillə qəzaya düşüb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31