Azərbaycanda əxlaqsızlıq yuvası aşkar edilib

Evində əxlaqsızlıq yuvası təşkil edən 53 yaşlı Şirvan sakini saxlanılıb.Milli.Az Cənub TV kanalına istinadən xəbər verir ki, bu barədə Şirvan Şəhər Polis Şöbəsinin müstəntiqi Şaiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, əməliyyat zamanı məlum olub ki, Şirvan sakini Zərxanım Məmmədova yaşadığı evdə əxlaqsızlıq yuvası təşkil edirmiş. Müxtəlif vaxtlarda vətəndaşlardan pul alaraq öz mənzilini əxlaqsızlıq yuvası kimi kirayə veririmiş.
Elə əməliyyat zamanı evə baxış keçirilərkən həmin mənzildə Səxavət Hüseynov və Afaq Orucova adlı şəxslər yaxalanıb. Məlum olub ki, Zərxanım Məmmədova şəhər sakini Səxavət Əzizağa oğlu Hüseynovdan 10 manat pul alaraq Afaq Əhmədağa qızı Orucova ilə görüşməsinə şərait yaradıb.
Faktla bağlı Şirvan Polis Şöbəsində təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31