Şəmkirdə sərnişin avtomobildə diri-diri yandı
6 İyun 2012 17:47 KriminalŞəmkirdə dəhşətli yol qəzası baş verib. Bu barədə "OLAYLAR"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Hadisə Bakı-Qazax yolunun 372-ci kilometrliyində baş verib. Vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili idarəetməni itirərək körpüdən aşıb. Hadisə nəticəsində avtomobildə yanğın baş verib. Hadisə nəticəsində avtomobilin sürücüsü yaralanıb, sərnişini (şəxsiyyəti məlum deyil) hadisə yerində ölüb. Yaralı və sərnişinin cəsədi aidiyyəti üzrə təhvil verilib. Yanğın saat 01:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31