Bakıda sərnişin avtobusu “KAMAZ”la toqquşdu
2 nəfər öldü, 15 nəfər yaralandı
6 İyun 2012 17:45 KriminalBakıda daha bir marşrut avtobusu qəzaya uğradı. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Qaradağ rayonunda baş verib. "İveco" markalı avtobus və "KAMAZ" markalı yük avtomobili toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, avtobusda olan 2 nəfər sərnişin - 1972-ci il təvəllüdlü Xanım Qəzənfər qızı Abdulova və 1988-ci il təvəllüdlü Nərgiz Ədalət qızı Abdulova ölüb, 15 nəfər xəsarət alıb. Xəsarət alanlar Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıblar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə X.Abdulovanın cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib, habelə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb.