Moskvada maskalı adamlar məscidə gələnləri döydülər

Dünən Moskvanın Bolşoy Tatarskiy küçəsində maskalı adamlar insanların axşam namazından sonra toplaşdıqları kafeyə hücum çəkiblər.   Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, maskalı şəxslər kafenin qonaqlarından yerə uzanmağı tələb ediblər. Kafeyə yığılanların bir hissəsini daxili işlər orqanlarına aparılıblar.Hadisənin səbəbləri hələ bəlli deyil. Maskalı şəxslərin 30 nəfərə yaxın olduğu deyilir. Onların bəziləri polis formasında olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31