Şəkidə qayınata gəlinini güllələyib
28 Mart 2013 17:20 KriminalŞəkinin Böyük Göynük kəndində qətl hadisəsi törədilib.Trend "Kanal S"-ə istinadən xəbər verir ki, martın 28-i saat 11:00 radələrində Şəki rayonunun Baş Göynük kəndində qətl hadisəsi baş verib.Baş Göynük kənd sakini 1933-cü il təvəllüdlü İsmayılov Hüseynəli Abdulla oğlu öz gəlini İsmayılova Azadə Məmməd qızını güllələyib. Açılan güllə gəlinin döş qəfəsinə dəyib.Yaralı dərhal Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, mərhumun 3 uşağı var. Hadisənin qisas məqsədilə törədildiyi ehtimal olunur.Faktla bağlı cinayət işi açılıb, Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31