Sumqayıtda ər və arvad dəm qazından boğularaq ölüblər

Sumqayıt şəhər sakinləri olan ər və arvad dəm qazından zəhərlənərək ölüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 27-də Sumqayıt şəhəri "Qurd Dərəsi" adlandırılan bağlar yaşayış sahəsində yaşayan şəhər sakinləri Babək Aslanov və arvadı Arzu mənzillərində dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31