Xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş qrup zərərsizləşdirilib

Həyata keçirilən məqsədyönlü əks-kəşfiyyat və anti-terror tədbirləri nəticəsində dövlət təhlükəsizliyi zərərinə olaraq dövlətə xəyanətdə, terror aktına hazırlıqda, külli miqdarda qanunsuz odlu silah, döyüş sursatının əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən 7 nəfərdən ibarət qrup ifşa edilib. Bu barədə məlumat verən milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun sözlərinə görə, digər əks-kəşfiyyat əməliyyatları nəticəsində, Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanətdə, terrorçuluğa hazırlıqda, qanunsuz odlu silah əldə edilməsi və başqa ağır cinayətlərin törədilməsində təqsirli bilinən, xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş 22 nəfərdən ibarət daha bir qrup zərərsizləşdirilib. E. Mahmudov Azərbaycanda ilk dəfə təşkil olunan "Avrovizion-2012" beynəlxalq mahnı müsabiqəsi ərəfəsində bəzi dairələrin və beynəlxalq terrorçu birləşmələrin təxribat-pozuculuq və terror niyyətlərinin qarşısının alındığını bildirib, paytaxtda və ölkənin müxtəlif bölgələrində həyata keçirilən xüsusi əməliyyatlar nəticəsində 58 nəfər radikal meylli təqsirli şəxsin istintaqa cəlb olunduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31