Tanınmış futbolçumuz ağır qəza törətdi: ölən və yaralanan var

Bu gün "Neftçi" futbol klubunun futbolçusu Araz Abdullayev idarə etdiyi "Porsche" markalı avtomobillə Bakı şəhərinin Xətai rayonu ərazisində ağır yol qəzası törədib. Hadisə yerində olan polis əməkdaşının Lent.az-a verdiyi məlumata görə, A.Abdullayev "Prosche" ilə 2 nəfəri vurduqdan sonra maşını saxlayıb və onlara kömək etməyə çalışıb.
Hazırda hadisə yerində əməliyyat qrupu çalışır. Hadisə yerinə Xətai RPİ-nin rəisi və digər şəxslər də gəlib. Ölən və yaralanan şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31