Beş milyon dollarlıq adam oğurluğunda azərbaycanlı izi
28 Mart 2013 14:53 KriminalRusiyada beş milyon dollar müqabilində adam oğurluğu ilə məşğul olan cinayətkar dəstənin iki azərbaycanlı üzvü saxlanılıb."Qafqazinfo"nun məlumatına görə, səkkiz nəfərdən ibarət olan dəstəyə Azərbaycan, Moldova, İnquşetiya vətəndaşları, o cümlədən Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetinin 4 kursantı da daxidir. İstintaqın ilkin nəticələrinə görə, oğurluğu təşkil edən şəxs təkbətək döyüş üzrə çoxqat dünya çempionu 25 yaşlı İlya Batindir.Saxlanılanlar barəsində "Adam oğurluğu" maddəsi ilə cinayət işi başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31