Rusiyada azərbaycanlı sahibkar öldürüldü
Qətl Çita şəhərində törədilib
28 Mart 2013 14:20 KriminalRusiyanın Çita şəhərində azərbaycanlı sahibkar güllələnib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdyi məlumata görə, qətl hadisəsi bu gün səhər saatlarında törədilib. Səhər saat 09:00 radələrində 40 yaşlı Azərbaycan vətəndaşının yaşadığı binanın girişində olub.
Təhqiqatçıların sözlərinə görə, hadisə zamanı onun evində 17 və 30 yaşlarından iki qohumuda olub. Qətli törədənlər binanın girişində olublar. Onlar kişinin qapını açmağını gözləyiblər. Naməlum şəxslər adı açıqlanmayan kişinin başından tapançanın dəstəyi ilə vuraraq pul tələb ediblər. Onlar arasında yaranmış münaqişə zamanı 1973-cü il təvəllüdlü ev sahibi döş qəfəsindən güllə yarası alıb və hadisə yerindəcə keçinib. Bundan sonra cinayətkarlar hadisə yerindən qaçıblar.
Hadisə yerinə baxış keçirən polis oradan əldədüzəldilmə tapança, eləcə də səsboğucu aşkar edib. Faktla bağlı araşdırmalar davam edir. Cinayət işi açılıb. Qətllə bağlı bir neçə versiya üzərinə, o cümlədən mərhumun kommersiya fəaliyyəti ilə bağlı hücuma məruz qala biləcəyi versiyası üzərində iş aparılır.