Gəncədə iki “KAMAZ” toqquşdu, 1 nəfər öldü, 3 nəfər yaralandı
28 Mart 2013 10:39 KriminalGəncədə ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Bakı-Qazax yolunun 344-cü km-də "KAMAZ" markalı 25-BE-386 dövlət nömrə nişanlı və "KAMAZ" markalı 25-BE-160 dövlət nömrə nişanlı iki yük avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki "KAMAZ" markalı 25-BE-386 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, həmçinin digər "KAMAZ" markalı 25-BE-160 dövlət nömrə nişanlı avtomobilin sürücüsü və avtomobildə olan iki sərnişindən biri xəsarət almış digər sərnişin 1992-ci il təvəllüdlü Hüseynov Bəxtiyar Zaman oğlu isə vəfat etmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış yaralıları, eyni zamanda adı çəkilən şəxsin cəsədini çıxarmış, aidiyyəti üzrə təhvil vermiş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:10-da başa çatıb.