Şamaxıda dəhşətli ailə faciəsi, ər arvadını vurdu, özünü güllələdi
27 Mart 2013 15:40 KriminalŞamaxıda dəhşətli ailə faciəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına iastinadən yaydığı məlumata görə, hadisə martın 25-də saat 11.00 radələrində Şamaxı rayonunun Laləzar kəndində baş verib. Kənd sakini Gülhəsən Şeydayev evində ailə münaqişəsi zəminində arvadı Pakizəyə daşla başından xəsarət yetirdikdən sonra ov tüfəngindən atəş açaraq özünü öldürüb. Hadisə yerindən müvafiq sənədləri olmayan 1 ədəd nömrəsiz ov tüfəngi götürülüb. Pakizə xəstəxanaya yerləşdirilib. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31