DİN AXCP üzvünün həbsi ilə bağlı məlumat yaydı

Onun üzərindən narkotik maddə tapıldığı bildirilir

Daxili İşlər Nazirliyi AXCP Sumqayıt şəhər təşkilatının üzvü Daşqın Məlikovun həbsi ilə bağlı məlumat yayıb. ANS PRESS-in DİN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Daşqın Məlikovdan 1,49 qram tiryək və 1 ədəd saxta 100 manatlıq əsginas götürülüb.

Xatırladaq ki, Daşqın Məlikov Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2 aylıq həbs olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31