Bakıda qadın yanan evində köməksiz qalıb öldü
27 Mart 2013 15:09 KriminalBakıda qadın mənzilində yanıb ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyn saytına istinadən yaydığı məlumata görə, hadisə martın 24-də saat 09.45 radələrində baş verib. Nəsimi rayonu ərazisində yaşayan Svetlana Rockovaya məxsus mənzildə yanğın baş verib. Nəticədə 15 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra S.Rockovanın tüstüdən boğulmuş meyiti tapılıb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31