Kürdəmirdə dəhşət, “VAZ” “Kamaz”la toqquşdu, 2 nəfər öldü

Kürdəmirdə dəhşətli yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə martın 24-də saat 06.20 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində baş verib. Rayon sakini Şamil Mürşüdovun idarə etdiyi "VAZ-21033" markalı və Bakı şəhər sakini Vasif Burcalıyevin idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşub. Nəticədə Ş.Mürşüdov və sərnişinlərindən - Cəyli kənd sakini Elvin Rəhimov hadisə yerində ölüb, xəsarət almış digər sərnişini Dilarə Rəhimova xəstəxanaya yerləşdirilib.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31