Bu telefonlar elə yerdən çıxdı ki...

Penitensiar xidmət daha bir cəhdin qarşısını aldı

Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətdən ANS PRESS-ə verilən məlumata görə, ötən gün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1; 234.1; 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 66.3 maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Murad Hamlet oğlu Məmmədovun yanına qisa müddətli görüşə gəlmiş xalası oğlu vətəndaş Elvin Zakir oğlu Tahirovun gətirdiyi sovqata baxış keçirilən zaman kustar üsulla düzəldilmiş 4 litirlik dəmir qabda əridilmiş inək piyinin içərisində yerləşdirilərək gizlədilmiş 2 (iki) ədəd "Nokia" markalı, 1 (bir) ədəd "Alkatel" markalı, 1 (bir) ədəd "Fly" markalı mobil telefon aparatları, 1 (bir) ədəd "Nar" kart və 2 (iki) ədəd mobil telefon aparatları üçün nəzərdə tutulmuş elektrik qidalandırıcılarının başlıqları aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31